Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

19 yaşlı qız sirkə turşusundan zəhərlənib

Abunə olmaq
Həkim: "Bəzi hallarda, bilmədən qatı sirkə turşusu qəbul edirlər və nəticədə zəhərlənmə, bəzən də ölüm hadisəsi baş verir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 noy — Sputnik. Bu gün Şəki rayonu Kiş kəndinin sakini, 1997-ci il təvəllüdlü Nuranə Cümşüd qızı Süleymanova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 19 yaşlı Nuranə Süleymanova bilməyərək gülab əvəzinə sirkə turşusu içib.

© MeydanTVSəhiyyə eksperti Adil Qeybulla
Səhiyyə eksperti Adil Qeybulla - Sputnik Azərbaycan
Səhiyyə eksperti Adil Qeybulla

Şəki MRX-dən Sputnik-in bölgə müxbirinə verilən məlumata görə, qıza lazımi tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Son vaxtlar xəbər portallarında demək olar ki, hər gün belə xəbərlə qarşılaşırıq. Məsələ ilə əlaqədar tibbi ekspert Adil Qeybulla Sputnik-ə bildirib ki, sirkə turşusundan zəhərlənmə, adətən özünə qəsd xarakteri daşıyır.

"Amma bəzi hallarda, bilmədən qatı sirkə turşusu qəbul edirlər və nəticədə zəhərlənmə, bəzən də ölüm hadisəsi baş verir. Bu halların baş verməməsi üçün məhlulun gizli bir yerdə saxlanması vacibdir. Əgər belə bir hadisə baş verərsə, çoxlu miqdarda su və ya soda qəbul etməklə zəhərlənmənin qarşısını ala bilərlər", — həkim vurğulayıb.

Qeyd edək ki, ötən ay Qax rayon sakini, 1951-ci il təvəllüdlü İlidon Pavloviç Babacanaşvili sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib.

Xəbər lenti
0