BAKI, 18 noy — Sputnik. ABŞ-ın Hyuston şəhərində yaşayan Yani Villiams adında qadın, 23 ildir dırnaqlarını uzadır. Sputnik hurriyet-ə istinadla xəbər verir ki, əvvəllər gözəllik salonu işlədən qadının dırnaqları 70 santimetr uzunluğundadır.
İnsanları, bu qadının uzun dırnaqlarla necə avtomobil idarə etdiyi və tualetə getdiyi maraqlandırır. Yani Villiams evinin tualetindən başqa digər tualetlərdən istifadə etməməyə çalışır. Səbəb isə dırnaqları çox uzun olduğu üçün, başqa tualetlərin kifayət qədər təmiz olmadığını düşünməsidir.
Amerikalı qadının sözlərinə görə, bu şəkildə avtomobildən istifadə etmək çox çətindir, lakin mümkünsüz də deyil. Hər bir dırnağı 70 santimetr olan qadının dırnaqlarını boyaması, az qala bir həftə çəkir. Yani Villiamsın arzusu bu dırnaqları ilə dünya rekordu əldə etməkdir.