Putin və Trampın yaxın adamları nəyi müzakirə ediblər?

© Sputnik / Alexey Filippov / Mediabanka keçidMixail Bogdanov
Mixail Bogdanov - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi maraqlı açıqlama verib

BAKI, 18 noy — Sputnik. Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun administrasiyası ilə Suriya mövzusunda danışıqlar aparıb. Sputnik xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov açıqlama verib.

Moskvadakı simpoziumda çıxış edən Boqdanov deyib ki, Vaşinqtonda yeni prezidentə yardım edəcəyi ehtimal olunan şəxslərlə əlaqə saxlayırıq: "Vəzifəyə yeni başlayacaq Tramp administrasiyasının Suriya böhranının Rusiya olmadan həll edilə bilməyəcəyini bilərək addım atacağına ümid edirik. Biz açıq dialoq üçün hazırıq".

Boqdanov, həmçinin İŞİD-lə mübarizədə İraq hökumətinə silah-sursat yardımı göndərdiklərini də deyib.

Xəbər lenti
0