CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Güzəştli mənzil" sisteminin güzəştli ipotekadan hansı fərqləri olacaq?

© Sputnik / Murad OrujovTikintisi davan edən bina
Tikintisi davan edən bina - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər, aztəminatlı ailələrin mənzil probleminin həllinə yönəlmiş fərmanın detallarını izah edirlər

BAKI, 18 noy — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev Sputnik-ə açıqlamasında, burada göstərilən məsələlərin, faktiki olaraq güzəştli ipoteka kreditindən fərqlənməyəcəyini deyib.

© Photo : publika.azƏmlak eksperti Rəşad Əliyev
Əmlak eksperti Rəşad Əliyev - Sputnik Azərbaycan
Əmlak eksperti Rəşad Əliyev

"Sadəcə olaraq güzəştli ipoteka kreditində 15 faiz ilkin ödəniş nəzərdə tutulurdusa, bu dəfə 10 faiz ilkin ödəniş olacaq. Digər məsələ odur ki, İpoteka Fondu əvvəllər hazır binalara kredit verirdisə, yəni, təkrar bazarda mənzil alışına imkan verirdisə, burada artıq söhbət ilkin bazardan gedir. Belə çıxır ki, İpoteka Fondu artıq ilkin bazarda mənzil alışına kreditlərin verilməsini həyata keçirəcək", — ekspert bildirib.

R. Əliyevə görə, yeni fərmandan belə çıxır ki, artıq "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti ipoteka kreditləşməsinin bir qoluna çevrilir: "Fərmanda yazılıb ki, güzəştli ipoteka kreditini alan şəxslər bu mənzillərdən də ala bilərlər. Yəni, kontingent eynidir. Mənzilin satış qiymətini "MİDA"nın Müşahidə Şurası müəyyən edəcək. Bu qiymətlər bazar qiymətlərindən aşağı olacaq. İpoteka Fondunun qaydalarında bazar qiymətinin müəyyən edilməsi qaydaları var. Bu rəqəmlərə istinad ediləcək. Bu layihəni faktiki olaraq ipoteka kreditləşməsinin bir qoluna çevirirlər".

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə Sputnik-ə açıqlamasında deyib ki, bu, aztəminatlı ailələrə şamil ediləcək: "Kimlər ki, orada ev növbəsinə dayanacaq, onlara şamil ediləcək. Kreditlə mənzillərin satışı həyata keçiriləcək. Yəni, pulsuz verilməyəcək. Amma hansı qiymətə, müddətə — bunlar hələ açıqlanmayıb".

© Sputnik / Fuad HasanovƏmlak eksperti Nüsrət İbrahimov
Əmlak eksperti Nüsrət İbrahimov - Sputnik Azərbaycan
Əmlak eksperti Nüsrət İbrahimov

"Bunun üstünlüyü ondadır ki, ünvanlı sosial bir layihədir və aztəminatlı ailələrin mənzil probleminin həll olunmasına yönəlib. Aztəminatlı ailələr açıq bazarda kommersiya qiymətləri ilə mənzil şəraitlərini yaxşılaşdıra bilmir. Ona görə də bu, sosial layihə hesab olunur", — mütəxəssis bildirib.

N. İbrahimov əlavə edib ki, artıq bununla bağlı Yeni Yasamalda bir sahə ayrılıb və işlərə başlanılıb: "Yəqin bu, ilk olacaq. Bundan sonra bu layihənin icrasının nəticəsindən asılı olaraq şərtlər, il və ya rüb üzrə maliyyə həcmi müəyyənləşəndən sonra növbəti illərdə artıq müəyyən korrektələr ilə işlər daha da sürətli aparılacaq. İpoteka bütün təbəqələrə aid edilir. Ancaq bu layihə, sırf aztəminatlı ailələrə şamil ediləcək. Fərq budur".

Qeyd edək ki, sözügedən fərmanda qeyd olunur:

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında - Sputnik Azərbaycan
Evi olmayanlara şad xəbər

""MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədi ilə "Elektron hökumət" portalında "Güzəştli mənzil" sistemi yaradılmalı və 2017-ci il mayın 1-dən tətbiq edilməlidir. Fərmana əsasən, "Güzəştli mənzil" sistemi aşağıdakıları təmin etməlidir: — Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın mövcudluğunu; — Cəmiyyətin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alınaraq Cəmiyyətə göndərilməsini; — Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və bu Fərmanda nəzərdə tutulan məlumatların alınmasını; — Cəmiyyətin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərin Cəmiyyət tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını; — Cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını. Fərmanda qeyd olunur ki, "Güzəştli mənzil" sisteminin təşkilini Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, fəaliyyətinin təmin olunmasını isə "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirir".

Qaydalarda qeyd olunur ki, mənzil tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil verilir. Mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməlidir (kreditin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).

Xəbər lenti
0