Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı gənclər ölkə tarixində ilkə imza atdılar

© Photo : STRƏSA teatrının məşqləri
ƏSA teatrının məşqləri - Sputnik Azərbaycan
Abunə olmaq
Nİhad Qulamzadə: "Biz qarşımıza məqsəd qoymuşuq və bu məqsəd uğrunda mübarizə aparacağıq"

BAKI, 18 noy — Sputnik. Azərbaycanlı gənclər fərqli bir layihəyə imza atıblar. Belə ki gənclər birləşərək, Azərbaycanda ilk dəfə olaraq fiziki məhdudiyyəti olan insanlardan ibarət ƏSA teatrı yaradıblar.

Gümrah Ömər, YUĞ teatrının baş rejissoru - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"İnsanları məcburi şəkildə teatra aparmaq savabdır"

Bu barədə Sputnik-ə Əsa Teatrının təsisçi və rəhbəri Nihad Qulamzadə məlumat verib: "Əsas məqsədimiz fiziki məhdudiyyəti olan insanlardan ibarət teatrın formalaşması və bu sahədə daha çox əlilliyi olan insanların olmasıdır. Biz onu göstərmək istəyirik ki, incəsənətin sərhədi yoxdur, heç bir əngəl, məhdudiyyət incəsənətlə məşğul olmağın qarşısını ala bilməz".

N. Qulamzadə hələlik teatr heyətinin tam şəkildə formalaşmadığını qeyd edib: "15 nəfər üzvümüz var. Lakin ilk tamaşamızdan sonra bu, daha da dəqiqləşəcək və artacaq. Bizə çoxsaylı müraciətlər olunur. Biz onları qeydə alırıq və gələcəkdə həmin əlilliyi olan şəxsləri də teatra cəlb edəcəyik".

© Photo : N.Qulamzadə / facebookƏSA teatrının təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə
ƏSA teatrının təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə - Sputnik Azərbaycan
ƏSA teatrının təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə

Teatrın rəhbəri gələcək planlarından da danışıb: "Ən böyük planımız ƏSA Teatrının daim yaşamasını təmin etməkdir. Yaxın gələcəyə aid planlar isə məkanla bağlıdır. Teatrın məkan problemi həll olmalıdır. Biz də digər müstəqil teatrlar kimi bu baxımdan əziyyət çəkirik. Bu barədə Xəzər Universitetinin rəhbəri Hamlet İsaxanlıya çox təşəkkür edirik ki, o, ƏSA Teatrının ilk tamaşası üçün məkan ayırdı".

"Lakin təbii ki, bu, daimi deyil. Biz hər dəfə Xəzər Universitetinə müraciət edə bilmərik. Etik baxımdan yanaşmaq lazımdır bu məsələyə. Ona görə istəyirik ki, konkret məkanımız olsun. Burada həm də biz onlarla yox, yüzlərlə əlilliyi olan insanları teatra cəlb edəcəyik, dərslər verəcəyik. Bir növ teatrın məkanı, əlilliyi olan şəxslər üçün yaradıcılıq emalatxanası olacaq", — o bildirib.

Qulamzadə teatr bir laboratoriya olduğunu əlavə edib: "Burada tək aktyor, rejissor olmur. Həm də rəssam, dizayner, xoreoqraf, musiqiçi və başqa sənət sahibləri işləyir. Və biz ƏSA ilə əlilliyi olan şəxslər üçün bu imkanları yaratmağı planlayırıq. Bizə dəstək olunmasa belə, məkan verilməsə belə, biz qarşımıza məqsəd qoymuşuq və bu məqsəd uğrunda mübarizə aparacağıq".

Xəbər lenti
0