ELM

"Gənc Bankir Məktəbi" açılır

Abunə olmaq
"Gənc Bankir Məktəbi-2" layihəsinə qatılmaq üçün müraciət edən 98 komandadan 37-si mərhələlərdən uğurla keçərək, iştirak hüququ qazanıb

BAKI, 18 noy — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Gənc Bankir Məktəbi" layihəsinə yenidən start verilib. Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, "Gənc Bankir Məktəbi-2" SUES İctimai Birliyinin təşkilatçılığı, "Bank of Baku" ASC-nin tərəfdaşlığı və "Reduco" Tədris Mərkəzinin sponsorluğu ilə gerçəkləşdirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “600+” Tələbə klubu yaradılıb - Sputnik Azərbaycan
UNEC-də “600+” tələbə klubu yaradılıb

Açılış mərasimində çıxış edən SUES-in sədri Hidayət Kərimov tələbələrin nəzəri biliklərinin praktikada tətbiqində "Gənc Bankir Məktəbi"nin rolundan danışıb. "Bank of Baku"nun mütəxəssisləri tələbləri təlimatlandırıldıqdan sonra püşkatma mərasimi keçirilib və iştirakçılar müəyyənləşdirilib.

"Gənc Bankir Məktəbi-2" layihəsinə qatılmaq üçün müraciət edən 98 komandadan 37-si mərhələlərdən uğurla keçərək, iştirak hüququ qazanıb.

Qeyd edək ki, layihə çərçivəsində iştirakçılar dörd həftə ərzində "Bank of Baku" mütəxəssislərinin təlimlərində iştirak edərək praktiki biliklərini artıracaqlar. Komandalar püşkatma yolu ilə müəyyənləşən ölkənin bank sistemi haqqında araşdırma aparacaq və münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandanı "Bank of Baku"nun qış təcrübə proqramına qatılmaq imkanı gözləyir.

Xəbər lenti
0