BAKI, 18 noy — Sputnik. Türkiyədə dolların məzənnəsi, FED rəhbəri Canet Yellenin çıxışı ilə birlikdə rekord qırmaqda davam edir. Sputnik bloomberght-ə istinadla xəbər verir ki, Türkiyədə hazırda USD/TL məzənnəsi 3.3845 səviyyəsinə çatıb.
Yellen çıxışında faizlərin gələcək ay artırılmasına dair açıq ipucu da verib. O, ABŞ-da prezident seçkilərini Donald Trampın qazanmasından sonra, ilk çıxışında "Yaxın dövrdə belə bir artımı etmək uyğun ola bilər" deyib.