BAKI, 18 noy — Sputnik. Azərbaycanda müalicə-profilaktika müəssisələrində 96 079 nəfər psixi xəstəlikdən əziyyət çəkən insan qeydiyyatdadır. Bu barədə Report-a Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib. Bu göstəriciyə görə əhalinin hər 100 000 nəfərindən 1002,3 nəfəri psixi xəstəliklərdən əziyyət çəkir.
Qeyd edək ki, ötən il ərzində ölkədə ilk dəfə qoyulan diaqnozla psixi xəstə kimi qeydə alınanların sayı 5107 nəfər olub. Bu da əhalinin hər 100 mininə 53,6 nəfər edir.