Fikrət Sadıxov: ABŞ-da siyasi təcrübəsi olmayan bir şəxs seçilib
Politoloq Fikrət Sadıxovun sözlərinə görə, ABŞ-ın siyasi mənzərəsi radikal şəkildə dəyişilib: “Bu dəyişiklik ondan ibarətdir ki, sistemli siyasətçinin əvəzinə siyasi təcrübəsi olmayan bir şəxs seçilib. Bu onun göstəricisidir ki, Amerika vətəndaşı Amerika administrasiyası tərəfindən aparılan siyasətdən narazıdır”.
“Yeni seçilmiş preizdent Tramp anlayır ki, Rusiya və postsovet məkanında yerləşən digər respublikalarla yeni bir istiqamət qurmaq lazımdır. Çünki o, indiki administrasiyanı buna görə dəfələrlə tənqid edib. Onun fikrincə, Obama administrasiyası Rusiya və postsovet məkanındakı respublikalarla münasibətlərdə çoxlu səhv edib”, — deyə o bildirib.