Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ən hiyləgər xəstəlik: hər il 7,7 milyon insanın canını alır

Abunə olmaq
Əksər hallarda hipertoniya simptomsuz inkişaf edir. Bir çox insanlar fikirləşirlər ki, yüksək təzyiq özünü baş ağrıları ilə büruzə verir.

BAKI, 17 noy — Sputnik. Son araşdırmalar göstərib ki, dünyada 1 milyarddan çox insan hipertoniyadan (yüksək arterial təzyiq) əziyyət çəkir. Statistikaya əsasən, kişilərdə bu xəstəliyə qadınlarla müqayisədə daha tez-tez təsadüf edilir.

Мать держит руку новорожденного ребенка. Архивное фото - Sputnik Azərbaycan
Dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək

Sputnik saglamolun.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il yüksək qan təzyiqi 7,7 milyon insanın ölümünə səbəb olur. Hipertoniya çox hiyləgər xəstəlikdir. Əksər hallarda hipertoniya simptomsuz inkişaf edir. Bir çox insanlar fikirləşirlər ki, yüksək təzyiq özünü baş ağrıları ilə büruzə verir.

Lakin bu çox təhlükəli yanılmadır. Hətta çox yüksək təzyiq zamanı baş ağrısı olmaya bilər. Məhz bu səbəbdən bir çox insanlar onlarda hipertoniyanın olmağından bixəbər olur. Xəstəlik isə gizli şəkildə inkişaf edir, ağır fəsadların yaranmasına (ürək və damar xəstəlikləri, infarkt, insult) gətirib çıxardır.

Müasir tibdə hipertoniya ilə mübarizə etmək üçün çox təsirli vasitələr var. Bu vasitələrin köməyi ilə təzyiqi normada saxlamaq, ağırlaşmaların qarşısını almaq mümkündür. Lakin bunun üçün xəstə vaxtında özündə bu xəstəliyin olmağından xəbərdar olmalı, vaxt itirmədən həkimə müraciət etməli və həkimin bütün göstərişlərinə dəqiqliklə əməl etməlidir.

Vaxtaşırı olaraq arterial təzyiqinizi ölçün. Göstəricilər 140/90 mm c.st. və bundan yuxarıdırsa, bu hipertoniyanın inkişafından xəbər verir. Dərhal həkimə müraciət edin.

Xəbər lenti
0