BAKI, 17 noy — Sputnik. Türkiyə hüquq mühafizə orqanlarının əməkdaşları Van Şəhər Bələdiyyəsinin sədri Bəkir Kayanı həbs ediblər. Sputnik Haberler-ə istinadən xəbər verir ki, hazırda bələdiyyə binasında axtarış aparılır.
Polisdən verilən məlumata görə, Bəkir Kaya PKK terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli bilinir.