BAKI, 17 noy — Sputnik. Suriyada rejim qüvvələrinə aid döyüş təyyarələri Türkiyə sərhədindəki Batabo kəndində yaşayış sahələrini bombalayıb. Hadisə nəticəsində 20 nəfər ölüb, 35 nəfər isə yaralanıb.
Sputnik sabah-a istinadla xəbər verir ki, Türkiyə sərhədinə 15 kilometr uzaqlıqda yerləşən, Hələbin müxaliflərin idarəsində olan Batabo kəndinə, dünən axşam saatlarında Əsəd qüvvələri tərəfindən hava hücumu təşkil edilib. Yaşayış yerlərinin də bombardman edildiyi ərazidə, aralarında uşaqların da olduğu 20 nəfər ölüb.
Hücumda 35 nəfərin yaralandığı və yıxılan binaların altında qalanların xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib.