Çingiz İsmayılov: Torpaq sahibləri vergi ödəməlidir
Dövlət İdarəçilik Akademiyasının “Davamlı İnkişafın Planlaşdırılması və İdarə Edilməsi” kafedrasının müdiri, professor Çingiz İsmayılov deyir ki, Azərbaycanın bir çox rayonlarında müəyyən şəxslər tərəfindən zəbt olunan lakin istifadə olunmayan torpaqlar var.
“Dünya təcrübəsindən məlumdur ki, torpaq milli sərvətdir. Torpaq istismar üçün özəlləşdirilirsə, bu o demək deyil ki, onun sahibinin bu torpağı istifadə etməmək hüququ var. Əgər torpaq özəlləşdirilibsə, onun sahibi mənfəət əldə edərək vergi ödəməlidir, çünki bu milli sərvətdir. Torpağı, faydalı qazıntıları və su ehtiyyatlarını sərhədə alıb “bu mənimdir” demək olmaz. Bu bizim ehtiyyatlardır və onlara özünkü kimi yanaşmaq lazımdır”, — deyə o bildirib.