BAKI, 17 noy – Sputnik. ABŞ konqresinin Kaliforniya ştatından olan senatoru Barbara Bokser senata prezidentin birbaşa seçilməsinə keçid haqqında qanun layihəsi təqdim edib.
Sputnik bu barədə İndependent-ə istinadən məlumat verir.
Barbara Bokserin sözlərinə görə, seçki sistemi demokratiklikdən uzaqdır və köhnəlib.
Senator daha sonra bunları deyib: "Birləşmiş Ştatlar dünyada yeganə ölkədir ki, prezident seçkilərində səs çoxluğu qazanaraq məğlub olmaq mümkündür".