BAKI, 17 noy — Sputnik. ABŞ-ın Texas ştatı ərazisində dünyanın ən böyük 4-cü neft sahəsi kəşf edilib. Sputnik Rusiya KIV-nə istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatların Geoloji Araşdırmalar departamenti xəbər yayıb.
Məlumata görə, Texasın qərbində Permian Hövzəsində yerləşən "Wolfcamp" adlı ərazidə 20 milyard barrel xam neft ehtiyatı mövcuddur. Geoloji Araşdırmalar departamentinin açıqlamasında həmçinin qeyd olunur ki, sözügedən ərazidə təxminən 450 milyard kubmetr qaz da aşkarlanıb.