BAKI, 16 noy — Sputnik. Keçən əsrin sonlarında dünyada döyüş filmləri ilə məşhurlaşan aktyor Jan Klod Van Dam, uzun müddət idi ki, kameralardan qaçırdı. Bir neçə gün öncə aktyorun rəsmi "Facebook" səhifəsində paylaşılan video sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Belə ki, artıq qocalmasına baxmayaraq, hələ də bədən formasını saxlayan Jan Klod Van Dam, bu dəfə idman zalında idmana yeni başlayan uşaqlara şbaqat açmaqda kömək edib.