BAKI, 17 noy – Sputnik. Amerika Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatası Suriya prezidenti Bəşər Əsəd və ona yardım göstərən ölkələrə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edib.
Sputnik New York Times-a istinadən xəbər verir ki, Nümayəndələr palatasının Xarici İşlər Komitəsinin rəhbəri Ed Roys deyib ki, sanksiyalar Suriya hökumətinə hərbi döyüşləri aparmaq üçün lazım olan bütün sektorları əhatə edir.
"Qəbul edilən bu qanun layihəsi Əsəd rejiminə dəstək verən və bu rejimlə iş görməkdə davam edən dövlətlərə və şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur" — demokrat konqresmen Eliot Engel bildirib.