"Bu, dövlət səviyyəsində verilmiş qərardır. Bunun əhəmiyyəti odur ki, istər təhsil, istər mədəniyyət, istərsə də digər sahələrin regional şəkildə idarə olunması daha doğrudur. Bunun həm idarəçilik baxımdan, həm geniş bir bölgəni idarə etmək baxımından, həm maliyyə baxımından böyük əhəmiyyəti var",- millət vəkili bildirib.
"Hal-hazırkı sistem — hər rayonda bir şöbənin olması iş prosesinin daha effektli getməsinə imkan vermir. Bunun üzərində illərdir düşünülüb və belə qərar verilib ki, regional idarələr yaradılsın", — deputat bildirib.
O, ləğv olunan şöbələrin işdən çıxarılan kadrlarına yeni iş veriləcəyini də qeyd edib: "Müəyyən qədər ixtisarlar olacaq, amma ümumilikdə yeni sistem və effektli iş üçün bu, cüzi bir itkidir. Yerdə qalan işçilər başqa sahələrdə yerləşdiriləcək. O qədər də çox kadr itkisi olmayacaq. Bunlar hamısı düşünülüb".