CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücüləri intizarda saxlayan iki mühüm suala aydınlıq gətirildi

© Sputnik / Murad OrujovSürücülük vəsiqəsi
Sürücülük vəsiqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülük vəsiqələrində avtomobilin ötürücü qutusunun qeyd olunacağı və xaricdə alınan sürücülük vəsiqələrini Azərbaycanda necə yenilənəcəyi məsələlərinə şərh verilib

BAKI, 16 noy — Sputnik. Keçən həftə Milli Məclisin plenar iclasında «Yol hərəkəti haqqında» Qanunun 35-ci maddəsində dəyişikliklər edilib. Qaydalara edilən dəyişikliklər nəticəsində, artıq sürücülük vəsiqələri sürücünün idarə edə bildiyi ötürücü qutuya uyğun olaraq veriləcək.

© Photo : social page of Ershad HuseynovYol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov - Sputnik Azərbaycan
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov

Eyni zamanda, xarici ölkədə alınan sürücülük vəsiqləri Azərbaycanda, maksimum 1 ay müddətdə istifadə edilə bilər. Daha sonra mütləq dəyişdirilməlidir.

Sözügedən dəyişiklikləri Sputnik-ə şərh edən, nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, bu qaydalar qəbul olunsa belə, bir çox sual doğuracaq məqamlar qalmaqdadır: "Öncəliklə deyim ki, bu yeni qayda, yalnız minik avtomobillərinə aiddir. Çünki, minik avtomobilləri, əsasən ötürücü qutu ilə idarə olunur".

"Dünya praktikasında belə qayda tətbiq olunur. B kateqoriyası üzrə sürücülük hüququ qazanmış şəxslərin özlərinin seçim etmək hüququ olur. Amma, qeyd edim ki, mexaniki ötürücü ilə avtomobil idarə edən sürücülər, həm də avtomatik ötürücü qutusu olan avtomobilləri idarə edə bilərlər", — ekspert bildirib.

O, bir sualın ortaya çıxdığını qeyd edib: "Avtomatik ötürücü qutusu ilə avtomobil idarə edə bilən şəxslər, gələcəkdə mexaniki ötürücü qutusu olan maşınları sürmək istəsələr, nə edəcəklər? Bu barədə heç bir açıqlama verilmir. Yəni, qaranlıq məqamlar var".

Ə. Hüseynov əlavə edib ki, yeni qanun indiyə kimi alınan sürücülük vəsiqələrinə şamil edilmir: "Bu günə kimi imtahan verən vətəndaşların vəsiqələri mexaniki idarəetmə mexanizminə aiddir və onlar həm avtomat, həm də mexaniki ötürücüsü olan avtomobilləri idarə edə biləcəklər".

© Sputnik / Murad OrujovАзер Аллахверанов, председатель общественного объединения Həyat
Азер Аллахверанов, председатель общественного объединения Həyat  - Sputnik Azərbaycan
Азер Аллахверанов, председатель общественного объединения Həyat

Ekspertin dediyinə görə, xarici ölkədə alınan sürücülük vəsiqəsini, Bakıda 1 ay sonra, 18 manat rüsum ödəməklə dəyişmək mümkün olacaq: "Şəxs heç bir əlavə imtahan verməyəcək. Sürücülük imtahanı yalnız bir dəfə verilir. Qalan zaman isə, sadəcə vəsiqə dəyişdirilə bilər. Bunun üçün də dövlət rüsumu ödəmək yetərlidir".

Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov isə Sputnik-ə açıqlamasında deyib ki, hər bir sürücü mexaniki ötürücüsü olan avtomobilləri idarə etməyi bacarmalıdır: "Nəqliyyat vasitəsini idarə edən şəxs hər iki növ idarə sistemini bilməlidir. Bu, ondan irəli gəlir ki, vəziyyətdən asılı olaraq, ya mexaniki, ya da avtomat ötürücüsü olan avtomobil sürə bilərəm".

"Sürücü mütləqdir ki, mexaniki ötürücüsü olan avtomobili idarə edə bilsin. Bu avtomobili idarə edə bilən sürücü, avtomat ötürücüsü olan maşını asanlıqla idarə edə bilir. Azərbaycanda avtomobillərin əksəriyyəti mexaniki ötürücü qutusu olan maşınlardır. Bu zaman sürücülər daha diqqətli olmalı və çalışmalıdırlar ki, mexaniki maşınla imtahan versinlər və mütləq mexaniki maşını idarə etməyi öyrənsinlər. Bu, həm sürücüləri peşəkar edəcək, həm də gələcəkdə nə vaxtsa mexaniki maşın idarə etmə imkanlarını sığortalayacaq".

Ekspert əlavə edib ki, xaricdə alınan vəsiqələri, "ASAN Xidmət" mərkəzlərinə müraciət edərək dəyişdirmək mümkün olacaq: "Amma heç bir halda imtahan verməli deyillər".

Xəbər lenti
0