BAKI, 16 noy — Sputnik. Xəzər dənizində uzunmüddətli qasırğalar nəticəsində yüzlərlə suiti ölüb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Balıqçılıq üzrə Federal Agentliyinin Qərbi-Xəzər Ərazi İdarəsi məlumat yayıb.
"İlkin rəyə görə, Xəzər dənizinin Dağıstan sahilləri boyunca aşkar olunan 300-dən çox suiti, uzunmüddətli qasırğalar nəticəsində ölüb. Mütəxəssislər müəyyən ediblər ki, bunlar, əsasən yaşlı suitilər olublar və qasırğalar onların təbii ölümünü sürətləndirib", — deyə idarədən bildirilib.