BAKI, 16 noy — Sputnik. Mərkəzi Bank (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi noyabrın 15-i ilə müqayisədə 0,5% bahalaşaraq 1,7039 manat təşkil edib. Avro da manata nisbətən 0,45% möhkəmlənərək 1,8302 manat olub.
Rusiya rublu 3,5% bahalaşaraq 0,0266 manat olub. Həmçinin Türkiyə lirəsinin məzənnəsi isə 0,35% artaraq 0,5180 manat təşkil edib. İngilis funt sterlinqi 0,33%-lik artım nümayiş etdirərək 2,1232 manat olub. Gürcü larisinin məzənnəsi 0,96% bahalaşaraq 0,6864 manat olub.