BAKI, 16 noy — Sputnik. 1918-ci il noyabrın 16-da Azərbaycan Xalq Cümühriyyətinin müvəqqəti parlamenti — Milli Şura beş aylıq fasilədən sonra yenidən toplanıb.
Baş nazir Fətəli xan Xoyskinin təklifi ilə toplanan Milli Şura Xalq Cümhuriyyətinin yeni parlamentinin təşkili barədə qərar qəbul edib.
Seçki qanununun hazırlanması və parlamentin çağırılmasına dair digər hazırlıq işləri ilə bağlı Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə komissiya yaradılıb.