Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

FED-in uçot dərəcəsini qaldırma ehtimalı 100 faizə yaxınlaşır

Abunə olmaq
Treyderlər 13-14 dekabrda FED-in faiz artımına getmə ehtimalını bu ilin ən yüksək səviyyəsi olan 94 faiz olaraq görürlər

BAKI, 16 noy — Sputnik. Noyabrın əvvəllərində analitiklər, Donald Trampın ABŞ-da prezident seçilməsindən sonra, FED-in faiz artımına getməsi ehtimalını azaldacağı xəbərdarlığını etmişdilər. Ancaq, baş verənlər dekabr ayında uçot dərəcəsinin qaldırılmasını az qala qəti hala gətirdi.

Sputnik bloomberght-ə istinadla xəbər verir ki, treyderlər 13-14 dekabrda FED-in faiz artımına getmə ehtimalını bu ilin ən yüksək səviyyəsi olan 94 faiz olaraq görürlər. Uçot dərəcəsinin qaldırılması ehtimalı inflyasiya gözləntilərinin güclənməsi ilə birlikdə, bu ayın əvvəlindən, 68 faiz səviyyəsindən yuxarı qalxmağa başlayıb.

Xəbər lenti
0