Tramp polis dəstəyindən məhrum ola bilər

Abunə olmaq
Los Angelesin polis rəisi: "Qanunsuz miqrantların ölkədən çıxarılması ilə bağlı Donald Trampla əməkdaşlıq etməyəcəyik"

BAKI, 16 noy — Sputnik. ABŞ-ın Los Anjeles şəhərinin polis rəisi Çarli Bek qanunsuz miqrantlara qarşı mübarizədə Donald Trampla əməkdaşlıq etməyəcəyini açıqlayıb. Sputnik haberler-ə istinadla xəbər verir ki, Bek ABŞ-da prezident seçkilərini qazanan Trampın qanunsuz miqrantların ölkədən çıxarılması ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

Las-Veqasda Donald Trampa qarşı etirazlar, 12 noyabr 2016-cı il - Sputnik Azərbaycan
TƏHLİL
Tramp ABŞ-dan kimləri qovacaq?

"Trampın fikirləri Los Anjeles Polis Departamentinin qanunsuz miqrantların deportasiya edilməsi ilə mövqeyini dəyişdirməyəcək. Fərqli bir şey etmək niyyətində deyiləm. Deportasiya səyləri ilə bağlı Trampla birlikdə çalışmayacağıq. Bu, bizim işimiz deyil", — rəis bildirib.

Qeyd edək ki, Donald Tramp hələ seçki kampaniyası ərəfəsində qaçqınların ölkədən kənarlaşdırılacağını, Meksika-ABŞ sərhədinə sədd çəkməyi planlaşdırdığını demişdi. Məlumata görə, hazırda Amerikada təqribən 11 milyon miqrant yaşayır.

Onu da deyək ki, Donald Tramp prezident seçiləndən sonra ölkə daxilində etirazlar davam edir.

Xəbər lenti
0