BAKI, 16 noy — Sputnik. Bu gün Türkiyədə dollar növbəti rekord həddə çatıb. Sputnik bloomberght-ə istinadla xəbər verir ki, USD/TL 3.31-i aşaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Dünən bəzi FED rəsmilərinin açıqlamaları dekabrda faiz artımı olacağı gözləntilərini gücləndirərkən, dolların da yüksəlməsinə təsir edir. Türkiyə lirəsi ilin əvvəlindən bəri dollar qarşısında 12 faiz düşərək, Meksika pesosu və Argentina pesosundan sonra ən sürətli eniş edən valyuta olub.
Hazırda dollar-lirə nisbəti 3.3138-ə yüksəlib. Avro isə 0.4 faiz artımla 3.5463 həddindədir.