"Artıq danışıqların heç bir nəticə vermədiyini, Ermənistanın təxribatının qarşısı alınarkən aprel ayında bizim çox da qüvvə sərf etmədən, həm Lələtəpə istiqamətində, həm də Ağdərə istiqamətində, Talış istiqamətində ordumuzun qısa bir müddətdə düşməndən xeyli məsafəni, öz ərazimizi geri alması bütün dünyaya sübut etdi ki, əgər danışıqlar prosesini uzatmaq fikrindədilərsə, onlar yanılırlar".
Ekspert bildirib ki, Lələtəpə strateji əhəmiyyət daşıyan bir məntəqədir: "Prezident uğurlu əməliyyatları xatırlatmaqla Ermənistanın unutmaq istədiyi ağır məğlubiyyəti onların yadına saldı ki, nə qədər onlar tez başa düşsələr ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır, ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, bir o qədər onlar üçün yaxşı olacaq. Azərbaycan ordusunun keçirdiyi təlimlər də yekun mərhələdir. Yəni, bütün təlimlərin akkordu kimi, yekunu kimi bunu anlamaq olar”.