CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu günə olan rəsmi valyuta məzənnələri

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan
Abunə olmaq
Əksər valyutalara manat qarşısında ucuzlaşıb

BAKI, 15 noy — Sputnik. Mərkəzi Bank (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi noyabrın 14-ü ilə müqayisədə dəyişməyərək 1,6954 manat təşkil edib. Avro isə manata nisbətən 0,5% zəifləyərək 1,8220 manat olub.

Rubl 0,77% ucuzlaşaraq 0,0257 manata düşüb. Türkiyə lirəsinin məzənnəsi də 0,78% zəifləyərək 0,5162 manat təşkil edib.

İngilis funt sterlinqi 0,65%-lik azalma nümayiş etdirərək 2,1162 manata enib. Gürcü larisinin məzənnəsi isə 1% ucuzlaşaraq 0,6799 manat olub.

Xəbər lenti
0