BAKI, 15 noy — Sputnik. Misir apellyasiya məhkəməsi, ölkənin hərbi yolla devrilmiş prezidenti Məhəmməd Mursi barəsində verilən edam qərarını ləğv edib. Sputnik bu barədə Timeturk-ə istinadən məlumat verir. Sabiq dövlət başçısı haqqında yenidən mühakimə istənilir.
Qeyd edək ki, Misirin demokratik yolla seçilmiş ilk prezidenti olan Məhəmməd Mursi, 2013-cü ilin iyununda hazırda prezident olan general Əbdülfəttah əs-Sisinin rəhbərlik etdiyi ordu qüvvələrinin zor gücü ilə hakimiyyətdən devrilmişdi.