BAKI, 15 noy — Sputnik. ABŞ-ın yeni prezidenti Donald Trampın böyük qızı İvanka Tramp, haqqında gəzən bəzi iddialara aydınlıq gətirib. CBS telekanalına müsahibəsi zamanı İvanka Tramp deyib ki, insanların iddiasının əksinə, o, heç vaxt siyasətlə məşğul olmağı düşünmür.
Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, vaxtilə modellik edən, hazırda isə böyük bizneslə məşğul olan İvanka, indi onu ancaq bir şeyin düşündürdüyünü bildirib — prezidentin qızı olmağa uyğunlaşmaq.
— 60 Minutes (@60Minutes) 13 ноября 2016 г.
Xatırladaq ki, Donald Trampın böyük qızı İvanka Tramp 2014-cü ildə Bakının "Xətai" metrosu yaxınlığında yerləşən və soydanını daşıyan "Trump Tower" binasının tikintisi ilə yaxından maraqlanmaq üçün bir neçə gün Bakıda qalmışdı.