SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Avropa Parlamenti ilə əlaqələrimizin bərpası bəzi qüvvələri narahat edir"

Abunə olmaq
Milli Məclis: "Avropa İttifaqı - Azərbaycan münasibətlərinin hərtərəfli inkişafında maraqlı olan rasional qüvvələr daha güclüdür"

BAKI, 15 noy — Sputnik. "Son dövrlərdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti (AP) arasında əlaqələrin bərpa olunması və müsbət dinamika qazanması AP daxilində bəzi qüvvələri və bir sıra anti-Azərbaycan dairələrini narahat edir. Bu isə son nəticədə AP Plenar Sessiyasında qəbul edilməsi nəzərdə tutulan "Dünyada insan hüquqları və demokratiya və Avropa İttifaqının bu sahədəki siyasəti üzrə illik hesabat" adlı sənədə verilən bəzi düzəlişlərdə ölkəmizin adının qəsdən mənfi kontekstdə hallandırılmasında özünü büruzə verib".

Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri - Sputnik Azərbaycan
Türkiyə Avropa Parlamentinə meydan oxudu: "Cəsarətiniz varsa..."

Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər. Qeyd olunur ki, 2015-ci ili əhatə edən bu hesabat layihəsində ümumilikdə Azərbaycanla bağlı narahatlıq doğuran hər hansı fikir mövcud deyil: "Lakin hesabatın layihəsinə bir neçə deputat tərəfindən edilən 104 və 750 saylı düzəlişlər birbaşa ölkəmizə qarşı qərəzli olub və subyektiv xarakter daşıyıb".

"Cari ilin sentyabr ayında Azərbaycana səfər etmiş AP heyətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və ikitərəfli münasibətlərimizə dair konseptual yanaşmanı avroparlamentarların diqqətinə çatdırması AP ilə Milli Məclis arasında münasibətlərin bərpasına zəmin yaradıb. Bu, eyni zamanda Azərbaycanın mövqeyinin AP-də daha aydın anlaşılmasına və ölkəmizlə hərtərəfli əməkdaşlığı dəstəkləyən qüvvələrin artmasına gətirib çıxarıb. Məhz bunun nəticəsi olaraq qeyd edilən düzəlişlər AP-nin öz üzvləri tərəfindən də müsbət qarşılanmayıb", — Milli Məclisdən bildirilib.

Məsələ ilə bağlı Milli Məclis rəhbərliyi tərəfindən də müvafiq addımlar atıldığı qeyd olunur: "O cümlədən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri cənab Səməd Seyidov tərəfindən AP-nin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Broka, Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev tərəfindən Avropalı həmkarı Səyyad Kərimə, Avronest PA-dakı nümayəndə heyətimizin rəhbəri Fuad Muradov tərəfindən təşkilatın həmsədri xanım Heydi Hautalaya məsələ ilə bağlı məktublar ünvanlanıb. Vaxtında atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində sözügedən düzəlişlər AP-nin Xarici Əlaqələr Komitəsinin iclasında dəstək görməyib və səsvermə ilə rədd edilib".

Bu hadisə bir daha göstərir ki, Aİ ilə Azərbaycan, o cümlədən AP ilə Milli Məclis arasında münasibətlərin hərtərəfli inkişafında maraqlı olan rasional qüvvələr artıq daha güclüdür. Həmçinin də Aİ və onun strukturları ilə münasibətlərimizin Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi xətt üzrə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün siyasi iradə qarşılıqlıdır.

Xəbər lenti
0