CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda arxeoloqları heyrətləndirən qəbir aşkarlanıb

Abunə olmaq
Onun içərisində ölmüş qadının dişləri, boyunbağı və digər bəzək əşyaları basdırılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

Qədim yaşayış məskənlərinin qalıqları, xalqımızın keçmişini əks etdirən maddi-mədəniyyət nümunələri özündə bir tarix yaşadır. Azərbaycanın cənub-şərq bölgəsi də yaddaşlarda iz buraxan qədim tarixin şahididir. Cənub bölgəsinə daxil olan ərazilərdə, yerli qəbilə və tayfaların, yaşayış məskənlərinin, qala bürclərinin izləri görünür.

Hacı Muradın Qax rayonunundakı qəbrinin başdaşındakı şəkil - Sputnik Azərbaycan
CƏMİYYƏT
Başsız bədənin uyuduğu sirli qəbir

Ölkənin Kür-Araz ovalığı da qədim tarixi şahididir. Bu ovalıqda yerləşən Cəlilabad rayonu şimaldan Biləsuvar, şərqdən Neftçala, cənubdan Masallı, cənub-qərbdən Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. Kür-Araz ovalığının sərhədində yerləşir. Rayonun ərazisi düzənlik və alçaq dağlıqdır, şərq hissəəsində bəzi yerlər dəniz səviyyəsindən aşağıdadır. Yayı quraqlıq keçən mülayim-isti yarımsəhra-və quru çöl iqlimə malikdir. Relyefinə görə Aran-düzənlik (Muğan düzünün cənubu və Lənkəran ovalığının bir hissəsi) və alçaq dağlıqdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay, Həməşəra və başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvül-çəmən, şabalıdı, qəhvəyi dağ, meşə və s növlüdür. Rayonun mərkəzi olan Cəlilabad şəhəri Bakı-Astara avtomobil yolunun 210 kilometrliyində yerləşir.

Cəlilabad rayonu ərazisində Qazan köşkü, Əlikömək təpə, Göytəpə, Avaraq, Sulutəpə və digər tarixi məkanlar var. Cəlilabad ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxan tarixi nümunələr Azərbaycan tarixi üçün mühüm əhəmiyyətə malikdir.

Bu tip tapıntıların çox hissəsi rayonun Tarix Diyarşünaslıq Müzeyində qorunur. Şəhərin mərkəzində yerləşən Cəlilabad Tarix Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılıb, 2010-cu ilin 28 aprel tarixində isə yeni, müasir binaya köçürülüb.

Cəlilabad Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi Səxavət Sadatlının Sputnik-ə verdiyi məlumata görə, burada 5000-ə yaxın eksponat qorunur: "Muzeyimizdə qorunan əşyaların çoxunun 8-10 min il yaşı var. Bunlar arasında ən çox məişət əşyaları, küplər, qədim dövrlərə aid xəncər və silahlar üstünlük təşkil edir".

"Muzeydə qorunan maraqlı tapıntılardan biri — rayonun Şatırlı kəndi ərazisində, təxminən 2 ay əvvəl tapılan maddi-mənəvi nümunələr arasındakı küp qəbirdir. Onun içərisində ölmüş qadının dişləri, boyunbağı və digər bəzək əşyaları basdırılıb", — muzey əməkdaşı qeyd edib.

Muzeyin digər guşəsində, Cəlilabadın Adnalı kəndində aşkarlanan qəbirdən götürülən bəzək əşyası və boyunbağı saxlanılır: "Bu əşyalar eramızdan əvvəl VII-V əsrlərə aiddir. Həmçinin həmin qəbirdən, eramızdan əvvəl V-IV əsrlərə aid sapand daşları da tapılıb ki, onlar da hazırda muzeyimizdə qorunur, qonaqlara nümayiş etdirilir".

S. Sadatlının dediyinə görə, muxeydəki eksponatlar arasında ən qədimi — e.ə VII-V minilliyə aid mərmər qab, qəssab aləti və e.ə IV-II minilliyə aid şamdandır: "Bu yaxınlarda rayonun Uzuntəpə kəndi ərazisində bizim eranın XII əsrinə aid 272 ədəd mis sikkələr də tapılaraq, muzeyə təqdim olunub".

Məlumat üçün bildirək ki, Cəlilabad Tarix Diyarşünaslıq Muzeyini il ərzində, təxminən 18-22 min insan ziyarət edir.

© Sputnik / Rahim MuradovCəlilabad rayon Tarix Diyarşünaslıq Müzeyi.
Cəlilabad rayon Tarix Diyarşünaslıq Müzeyi - Sputnik Azərbaycan
1/15
Cəlilabad rayon Tarix Diyarşünaslıq Müzeyi.
© Sputnik / Rahim MuradovMüzeyin kiçik elmi işçisi Səxavət Sadatlı.
Müzeyin kiçik elmi işçisi Səxavət Sadatlı - Sputnik Azərbaycan
2/15
Müzeyin kiçik elmi işçisi Səxavət Sadatlı.
© Sputnik / Rahim MuradovMis və bürüncqablar.
Mis və bürüncqablar - Sputnik Azərbaycan
3/15
Mis və bürüncqablar.
© Sputnik / Rahim MuradovCəlilabad rayon Tarix Diyarşünaslıq Müzeyi
Cəlilabad rayon Tarix Diyarşünaslıq Müzeyi - Sputnik Azərbaycan
4/15
Cəlilabad rayon Tarix Diyarşünaslıq Müzeyi

5/15

6/15

7/15

8/15

9/15

10/15

11/15

12/15

13/15

14/15

15/15

Xəbər lenti
0