Rasim Ağayev: Tramp Suriyadan əl çəkib Moskva ilə razılaşsa, Əsəd məsələsi yenə ortaya çıxacaq
Politoloq Rasim Ağayev deyir ki, Suriya kürdlərinə Bəşər əl-Əsəd və Rusiya tərəfindən muxtariyyət vəd olunub: “De-fakto bu mövcuddur – onlar öz ərazilərini müəyyən ediblər, məktəblərini və yerli hakimiyyət orqanlarını yaradıblar. Amma bütün bunları növbəti quruluş zamanı qanuniləşdirmək lazımdır. Bu, Suriyanın üç hissəyə parçalanmasına səbəb olacaq ən mühüm məqamlardan biridir. Bu üç hissədən biri də, şübhəsiz ki, kürd muxtariyyəti olacaq”.
“Tramp öz ismarıcını səsləndirdi, lakin bir biznesmen kimi o, ticarətlə məşğul olmaq əvəzinə nəyə görə müharibə aparmaq lazım olduğunu, bəlkə də, heç təsəvvür etmir. O, hal-hazırda Suriyada gedən dərin mülki və millətlərarası ayrılma prosesini heç təxmin də etmir. Bütün bunları nəzarət altına almaq çox çətin olacaq. Lakin Tramp Suriyadan əl çəkib Moskva ilə razılaşsa, Əsəd məsələsi yenə ortaya çıxacaq. Çünki Əsəd özündə ordu və siyasi qüvvələri cəmləşdirir. Onun hakimiyyətdən getməsi isə yenidən vəziyyəti pisləşdirə bilər və hər şey yenidən başlayar”, — deyə o bildirib.