Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Gövhər Baxşəliyeva
Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrinin ləğv edilməsi iadarəeətmə baxımından vacib qərardır. Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Gövhər Baxşəliyeva “Sputnik”ə açıqlamasında belə deyib.
"Hər rayonda mədəniyyət şöbəsinin olmasına artıq ehtiyac yoxdur. Bütün dünya iqtisadi böhran yaşayır, eyni zamanda neft qiyməti aşağı düşür. Buna görə də Azərbaycan rəhbərliyi maksimal dərəcədə vəsaitlərə qənaət edərək islahatlar keçirir və daha səmərəli işlər görülür".
"Hər rayonda bir mədəniyyət şöbəsinin olması, amma görülən işin səmərəli olmamasındansa, bir neçə rayonu əhatə edən bir idarənin olması və daha səmərəli fəaliyyət göstərməsi məqsədəuyğundur. Bu, işçilərin işləməsindən, vətənpərvərliyindən, vicdanından asılıdır", — G. Baxşəliyev bildirib.