BAKI, 14 noy — Sputnik. Pakistanla Hindistan arasında mübahisəli bölgə sayılan Kəşmirdə tərəflər arasında atışma baş verib. Sputnik bu barədə CBC-yə istinadən bildirir.
Pakistanın Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunur ki, Hindistan tərəfinin açdığı atəş nəticəsində 7 pakistanlı əsgər şəhid olub.
"Qarşı tərəfə layiqli cavab verilib. Və Hindistan tərəfi ağır itkilər verərək geri çəkilib", — bəyanatda deyilir.
Qeyd edək ki, bu, Pakistan ordusunun ötən illə müqayisədə açıqladığı ən ciddi itkidir.