BAKI, 14 noy — Sputnik. Bu gün Ay Yer kürəsinə ən yaxın məsafəyə qədər yaxınlaşacaq və "Super Ay" deyilən göy hadisəsi baş verəcək. NASA-nın məlumatına görə "Super Ay"ın yalnız 2016-cı ilin deyil, eyni zamanda, 21-ci əsrin də ən yaxın bütöv ayı olacağı qeyd olunur.
Sputnik TRT-yə istinadən xəbər verir ki, elm adamlarına görə, bu, 70 il ərzində bəşəriyyətin görəcəyi ən yaxın Ay olacaq. Ay 25 noyabr 2034-cü ilədək bir də dünyaya bu yaxınlığa qədər gəlməyəcək.
Bütöv ay 68 ildən sonra ilk dəfə 14% daha böyük və 30% daha işıqlı görünəcək. 15 noyabr, səhərə yaxın — Bakı vaxtı ilə 05.30 radələrində Günəş və Ay eyni səviyyədə olacaq. Ondan yalnız iki saat əvvəl, saat 03.30-da Ay Yerə ən yaxın nöqtədə olacaq.