Fikrət Sadıxov: Tramp hansısa addımlar atmalıdır
Politoloq Fikrət Sadıxov deyir ki, Donald Tramp öz seçkiqabağı kampaniyasında postsovet məkanında baş verən hadisələrə, o cümlədən Dağlıq Qarabağ probleminə toxunub: “O, Obamanın indiyənədək səhvlər etdiyini hesab edirsə, deməli, Tramp bunun əksinə olan hansısa addımlar atmalıdır. Mən inanmıram ki, radikal şəkildə dəyişikliklər baş versin, inanmıram ki, Ağ evə gələn kimi Tramp bu istiqamətdə ciddi addımlar atsın. Amma onun Azərbaycanla yaxın münasibətləri onu vəd edir ki, burada müəyyən dəyişikliklər baş verə bilər. Rəsmi Vaşinqtonun Dağlıq Qarabağ probleminə yeni yanaşmaları müşahidə oluna bilər. Ola bilər ki, hər-hansı siyasi istiqamətlər dəyişilsin”.
“Biz də əlimizdən gələni etməliyik ki, indi seçilmiş ABŞ prezidenti Donald Tramp Azərbaycanın maraqlarına cavab verən addımlar atsın. Biz onu müəyyən sahələrdə maraqlandırıb onunla yaxından işləməliyik”, — deyə o bildirib.