BAKI, 14 noy-Sputnik. Bir çox Asiya ölkələrində yemək zamanı xüsusi çubuqlardan istifadə olunur. Adətən onlara "çin çubuqları" deyilir. Çubuqların köməyi ilə duru yeməklərdən əlavə bütün digər yeməklər (düyü, balıq, tərəvəzlər, ət və s.) yeyilir.
Sputnik Saglamolun.az-a istinadən bildirir ki, bu ölkələrin özünəməxsus və çox sağlam qidalanma prinsipləri var. Bu prinsiplərdən ən əsası — qidanı tez bişimək və asta-asta yemək lazımdır.
Tanınmış Amerika yazıçısı və məşhur Manxetten pəhrizinin müəllifi Eylin Daspin çox maraqlı arıqlama üsulu təklif edib — çəngəl, qaşıq və bıçaqlardan imtina edib onların əvəzinə Çin çubuqlarından istifadə etmək. Bu üsul həqiqətən arıqlamağa kömək edə bilər. Bunun bir neçə səbəbi var — çubuqlarla iri tikələri götürmək və yeməyi tez-tez yemək mümkün deyil. Nəticədə insan daha asta yeyir və daha az qida qəbul etdikdən sonra toxluq hiss edir.
Çubuqların köməyi ilə tək suşi, roll və digər bu kimi qidaları deyil, istənilən qidaları (suplardan başqa) yemək olar.