Üç nazir vəzifədən kənarlaşdırıldı

© Photo : academic.ruƏfqanıstan parlamenti
Əfqanıstan parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar dövlət büdcəsindən rəhbərlik etdikləri qurumlara ayrılan vəsaiti düzgün xərcləməməkdə ittiham olunurlar

BAKI, 12 noy — Sputnik. Əfqanıstan parlamenti yarıtmaz fəaliyyətlərinə görə 3 naziri vəzifədən uzaqlaşdırıb. Sputnik "New York Times"-ə istinadən xəbər verir ki, vəzifəsindən uzaqlaşdırılanlar arasında xarici işlər naziri Səlahəddin Rabbani də var.

Rabbani ilə yanaşı, ictimai əhəmiyyətli obyektlər üzrə nazir və əhalinin sosial təminatı naziri də vəzifədən kənarlaşdırılıb. İstefaya göndərilən nazirlər dövlət büdcəsindən rəhbərlik etdikləri qurumlara ayrılan vəsaiti vaxtında və səmərəli formada xərcləyə bilməməkdə ittiham olunurlar.

Xəbər lenti
0