BAKI, 12 noy — Sputnik. Suriyanın Hələb şәhәrinin Kafr Deal bölgәsinә endirilәn zәrbәlәr nәticәsindә 9 nәfәr hәlak olub, 30 nәfәr dә yaralanıb. Sputnik bu barədə TRT-yə istinadən xəbər verir.
Şəhərin mülki müdafiә rәsmisi Babiris Meşal rejimə aid döyüş təyyarələrinin Hәlәbin qәrbindә müxalif qüvvәlәrinin nәzarәtindәki Karf Deal bölgәsindәki yaşayış mәntәqәlәrinә hücum etdiyini deyib.
"Rejim və dəstəkçilərinə aid döyüş təyyarələri Hələbin qərbindəki Kafr Deal və Daret İzze bölgәlәrini aralıqsız bombalayıb", — deyә Meşal bildirib.
Yerli aktivistlərdən Əbu Ammar rejimə aid qırıcıların Hələbin cənub-qərbindəki Minyan kəndinə də hücum etdiyini qeyd edib.