BAKI, 12 noy — Sputnik. Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və yük yerindən gömrük nəzarətində gizlədilən 17 400 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Gömrükçülər külli miqdarda qaçaqmal siqaret ələ keçirdilər
16:44 12.11.2016 (Yenilənib: 20:43 16.11.2021)
![Külli miqdarda qaçaqmal siqaret ələ keçirildi Külli miqdarda qaçaqmal siqaret ələ keçirildi - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40769/11/407691181_0:78:3343:1969_600x0_80_0_0_e445e5aef5cce5a00955927c0a778f5f.jpg)
© Sputnik / Igor Zarembo
/ Abunə olmaq
Yoxlama zamanı avtomobilin arxa oturacağının altından və yük yerindən gömrük nəzarətində gizlədilən 17 400 ədəd siqaret aşkar edilib