Binəli Yıldırımla Donald Tramp arasında telefon danışığı olub

© AP PhotoBinəli Yıldırım
Binəli Yıldırım - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Baş naziri bir neçə gün öncə ABŞ-ın yeni prezidentinə Fətullah Gülənin ekstradisiya edilməsi ilə əlaqədar çağırış etmişdi

BAKI, 12 noy — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırımla ABŞ-da keçirilmiş prezident seçkilərinin qalibi Donald Tramp arasında telefon danışığı olub. Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, türk Baş nazir Donald Trampı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Binəli Yıldırım, Donald Tramp prezident seçildikdən sonra verdiyi ilk açıqlamada, Amerikanın yeni prezidentinə Fətullah Gülənin ekstradisiya edilməsi ilə əlaqədar çağırış etmişdi. Baş nazir, həmçinin Türkiyənin terrorla mübarizədəki həssaslığının da Vaşinqton tərəfindən nəzərə alınmasını istəmişdi.

Xəbər lenti
0