Bu günə olan rəsmi valyuta məzənnələri

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan
Abunə olmaq
Dollar, avro və funt bahalaşıb, rubl, lirə və lari ucuzlaşıb

BAKI, 11 noy — Sputnik. Mərkəzi Bank (AMB)  bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi noyabrın 10-u ilə müqayisədə 0,52% möhkəmlənərək 1,6869 manata çatıb.

Avro da manata nisbətən 0,33% möhkəmlənərək 1,8397 manat olub. Rubl isə 1,52% ucuzlaşaraq 0,0260 manata enib.

Türk lirəsinin məzənnəsi də 0,52% zəifləyərək 0,5188 manat təşkil edib. Lakin ingilis funt sterlinqi 1,72%-lik artım nümayiş etdirərək 2,1191 manata çatıb. Nəhayət, gürcü larisinin məzənnəsi 0,29% azalaraq 0,6802 manat olub.

Xəbər lenti
0