BAKI, 10 noy — Sputnik. ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentləri Barak Obama və Donald Tramp Ağ Evdə bir araya gəlib.
Hazırkı prezident Barak Obama Donald Trampla ölkənin yeni seçilmiş prezidenti qismində ilk görüşünü "möhtəşəm" adlandırıb.
O, Trampa kömək etmək üçün əlindən gələni edəcəyinə söz verib. Tramp da öz növbəsində bildirib ki, prezidentliyi dövründə məsləhət üçün Obamaya müraciət edəcək.
Ağ Evin mətbuat katibi Çaş Ernestin sözlərinə görə, prezidentlər qarşılıqlı fikir ayrılıqlarını bu görüşdə aradan qaldıra bilməyiblər.