BAKI, 11 noy-Sputnik. Prezident İlham Əliyev mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam verib.
Sputnik Prezident.az saytına istinadən xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə Əbülfəz Mürsəl oğlu Qarayev “Şöhrət” ordeni ilə təltif edilib.