BAKI, 11 noy — Sputnik. Fransa Milli Assambleyasının spikeri Klod Bartalone, prezident Fransua Ollandın impiçment edilməsi ilə bağlı Yelisey Sarayına qətnamə təqdim edib. RİA Novosti Frans Press agentliyinə istinadən xəbər verir. Respublikaçılar Partiyasının parlamentdə təmsil onunan rəhbəri Kristian Jakob və keçmiş baş nazir Fransua Fiyonla yanaşı, sənədi 79 deputat imzalayıb.
Deputatlar Fransa prezidentini dövlət sirrini yaymaqda ittiham edirlər. İddia olunur ki, Olland bu yaxınlarda çap olunmuş "Prezident bunu danışmamalıdır…" adlı kitabında dövlət sirri hesab oluna bilən məsələləri faş edib.
Agentlik qeyd edir ki, prezidenti vəzifəsindən kənarlaşdırmağı nəzərdə tutan konstitusiyanın 68-ci maddəsi sonuncu dəfə 2014-cu tətbiq olunub. Qanuna görə, dövlət başçısı səlahiyyət həddini aşdıqda vəzifəsindən uzaqlaşdırıla bilər.
Amma bu, özlüyündə sadə proses deyil, parlament çoxluğunun dəstəyindən sonra həlledici söz Ali Məhkəmənin olur. Qətnaməyə imza atmış eks-baş nazir Fiyon deyib ki, sağçılar parlament çoxluğunu təşkil etmədikləri üçün, sənədin uğur qazanmasına inam azdır.
Bu ilin oktyabrında jurnalistlər Jerara Dave və Fabrisa Lomanın "Prezident bunları danışmamalıdır…" adlı, Ollandın açıqlamalarından ibarət kitab buraxıblar. Həmin kitabda Olland etiraf edib ki, xaricdə islam cihadçılarını məhv eləmək üçün xüsusi xidmət orqanlarına tapşırıq verib. Sonradansa bu fikir təkzib olunmuş, söhbətin məhv etmədən yox izlənmədən getdiyi deyilmişdi.