BAKI, 11 noy — Sputnik. Birləşmiş Ştatlar prezidenti Barak Obama səlahiyyət müddəti başa çatandan sonra hansı işlə məşğul olacağını açıqlayıb. O, zarafat edərək deyib ki, prezidentlikdən sonra "Uber" taksi xidmətində sürücü işləyəcək.
Sputnik RT-yə istinadən xəbər verir ki, Obama jurnalistin "siz öz bloqunuzu idarə etməyi düşünürsünüz?" sualına cavab olaraq zarafatla "Uber"də işləməyə gedəcəyini bildirib.
Obama sözlərinin davamında deyib: "Açığını deyim ki, mən bir neçə həftə yatmağı planlaşdırıram. Biz şəraiti elə də yaxşı olmayan gənclər üçün imkanlar yaratmağa davam edəcəyik".