Ekspert: Türkiyə belə qərar qəbul edərsə, bu geriyə addım olacaq

© SputnikPolitoloq Rövşən İbrahimov
Politoloq Rövşən İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahimov: Ölüm cəzasının qaytarılması Türkiyənin daxili və xarici siyasətinə mənfi təsir göstərəcək

Hankuk Regional Araşdırmalar Universitetinin dosenti Rövşən İbrahimov
Hankuk Regional Araşdırmalar Universitetinin (Cənubi Koreya) dosenti Rövşən İbrahimov deyir ki, Türkiyə və onun parlamenti ölüm cəzasının tətbiqi haqda qərar qəbul edərsə, bu, onun Avropa Konvensiyasına əsasən öhdəliklərində ciddi geri addım olacaq: “Ölüm cəzası tətbiq edən ölkə Avropa Şurasının üzvü qala bilməz. Şübhəsiz ki, bu halda Türkiyə oradan xaric ediləcək. Avropa Şurasının Avropa İttifaqına daxil olmaq üçün bir addım olduğunu nəzərə alanda, Türkiyənin bu şuranın üzvü olmadan Avropa İttifaqına daxil olmasını heç təsəvvür də etmək olmur”.

“Bu qərarın mənfi amilləri çoxdur, çünki belə davranmaqla Türkiyə özünü tək Avropa qitəsindən deyil, ümumiyyətlə beynəlxalq ictimaiyyətdən təcrid edəcək. Tarixən Türkiyə Avropa ölkəsidir. Bu ölkə Osmanlı İmperiyası dövründən Avropa qitəsində güc balansının formalaşmasında mühüm rol oynayır. Bu səbəbdən, hadisələrin bu şəkildə inkişaf etməsi Türkiyənin daxili və xarici siyasətinə yalnız mənfi təsir göstərəcək”, — deyə o bildirib.

Xəbər lenti
0