BAKI, 11 noy-Sputnik. Retro avtomobillərin Talacrest adlı Britaniya dileri Ferrarinin nadir modeli olan 1962-ci il istehsalı 250 GTO-nu satışa çıxarıb.
Sputnik xarici mediaya istinadla xəbər verir ki, Britaniyanın The Telegraph qəzetinin məlumatına görə, nadir maşının qiyməti rekord hədd — 45 milyon ingilis funtu təşkil edir.
Azərbaycan valyutasına çevirəndə 250 GTO-nun qiyməti 95 milyon 390 min AZN edir.
Lotun açılış mərasimində bildirilib ki, buraxıldığı il sözügedən idman maşını "Sebrinqlə 12 saat" yarışında dözümlülük nümayiş etdirib.
1963-cü ildə avtomobil 24 saat davam edən Le-Mana marafonunda iştirak edib və öz kateqoriyasında birinci olub.
Bu idman maşını 300 at gücünədək təkmilləşdirilərək ciddi bir V12 mühərriki ilə təchiz olunub. İlk 100 kilometri o, 6 dəqiqəyə gedib.
Qeyd edək ki, indiyə qədər dünyanın ən bahalı avtomobili başqa bir Ferrari 250 GTO olub. Onu naməlum alıcı 52 milyon dollara alıb.