BAKI, 10 noy — Sputnik. Mərkəzi Bank (AMB) bu günə olan rəsmi məzənnələrini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi noyabrın 8-i ilə müqayisədə 0,57% möhkəmlənərək 1,6782 manata çatıb.
Avro isə manata nisbətən 0,48% zəifləyərək 1,8336 manat olub. Rubl 0,76% bahalaşaraq 0,0264 manat səviyyəsinə çatıb. Türk lirəsinin məzənnəsi isə 0,82% zəifləyərək 0,5215 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0832 manatdır. Beləliklə, funt sterlinq 0,78%-lik artım nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,25% azalaraq 0,6822 manat olub.