CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qadını görənlər gözlərinə inanmırlar

© Sputnik / Zarina OrudzhaliyevaMarina Aydarova
Marina Aydarova - Sputnik Azərbaycan
Abunə olmaq
Bodibilder qadın: "Mən kişiyə oxşayıram?"

BAKI, 10 noy — Sputnik. Bu günkü qəhrəmanımız Marina Aydarovanı, oturaq iş və şirin təamlar Azərbaycanın Bodibildinq və Fitnes Federasiyasına (ABFF) gətirib çıxarıb. Keçmiş ofis işçisi, mühasib, bu gün isə ABFF üzvü, su idman növləri sarayının (Aquatic Palace) fitnes-meneceri olan Marina hər şeyin 5 il əvvəl başladığını deyir.

Keçirdiyi stressdən sonra 29 yaşlı qız qüssənin öhdəsindən şirniyyatla gəlməyə çalışır. Mühasib kimi oturaq iş tərzi də bura əlavə olunur və o, sürətlə çəki toplayır. 70 kiloqrama çatan Aydarova güzgüdə öz əksini görəndə qorxub. Aydarova çox kök olduğu qənaətinə gəlib.

© Sputnik / Zarina OrudzhaliyevaKeçmiş ofis işçisi, mühasib, bu gün isə ABFF üzvü, su idman növləri sarayının fitnes-meneceri Marina
Keçmiş ofis işçisi, mühasib, bu gün isə ABFF üzvü, su idman növləri sarayının fitnes-meneceri Marina  - Sputnik Azərbaycan
Keçmiş ofis işçisi, mühasib, bu gün isə ABFF üzvü, su idman növləri sarayının fitnes-meneceri Marina

Qız buna son qoymaq qərarına gəlib və tanışların məsləhəti ilə "28 May" metrostansiyasının yaxınlığında, iş yerinin yanındakı idman zalına getməyə başlayıb. Sonradan bu zalın ABFF-yə məxsus olduğunu bilib. O, səhər tezdən zalda məşq etdikdən sonra işə getməyə başlayıb.

İntensiv məşqlərin sayəsində 10 kq arıqlaya bilib. Marina həyat tərzini dəyişib, düzgün qidalanmağa başlayıb. Bunun ardınca daha 5 kq arıqlayıb. Və məşqçilər onu qızlar arasında fitnes üzrə yarışlara göndərmək qərarına gəliblər.

Öz növbəsində, ABFF prezidenti Rauf Bünyadəliyev Aydarovaya öz qüvvəsini sınamağı və 2014-cü il fitnes üzrə dünya çempionatına hazırlaşmağı təklif edib. Marina başa düşüb ki, bu, onun həyatını dəyişə bilər və məşqlərinin intensivliyini artırıb.

© Sputnik / Zarina OrudzhaliyevaMarina Azərbaycanda özünə rəqib görmür
Marina Azərbaycanda özünə rəqib görmür - Sputnik Azərbaycan
Marina Azərbaycanda özünə rəqib görmür

Sonradan Aydarova bir sıra yarışlarda iştirak edib və hələlik yarışlarda birinci yer tuta bilməsə də, özünə sübut edib ki, başqa idmançılarla bərabər səviyyədə mübarizə apara bilir. Lakin hələlik Marina Azərbaycanda özünə rəqib ola biləcək birini görmür, çünki ABFF-də özünü inkişaf etdirən qadınların sayı azdır. Aydarova bodibilderlə fites-model arasında orta yeri tutur.

Federasiyada hər kəs Aydarovanı yaxşı tanıyır və ən yaxşı idmançı qadını göstərməyi xahiş etdikdə hamı onun adını çəkir. O, yarışlarda iştirak etdikdən sonra özünün də qadınlara məşq keçə biləcəyini anlayıb. Federasiyada ona lisenziyanı problemsiz veriblər, çünki Marinanın idman təhsili olub, o, oxatma üzrə idman ustasıdır.

"Mən məşqçilik fəaliyyətinə başladım. Kişilərlə ümumi zalda məşq edə bilməyən bir çox qadınlar mənə müraciət etməyə başladılar. Onlardan biri ilə burada — Aquatic Palace-da məşq edirdik", — deyə Marina bildirir.

Nəticədə Aydarovaya bu böyük idman obyektində fitnes-menecer işi təklif olunur. Vəziyyət elə alınıb ki, Aydarova seçim etməli olub və mühasib işindən birdəfəlik əl çəkib. O, keçmiş həyat tərzi ilə də vidalaşıb.

© Sputnik / Zarina OrudzhaliyevaMarina Aydarova: Mən indi 5 il əvvəlkindən daha yaxşı görünürəm. Məgər mən kişiyə oxşayıram?
Marina Aydarova: Mən indi 5 il əvvəlkindən daha yaxşı görünürəm. Məgər mən kişiyə oxşayıram? - Sputnik Azərbaycan
Marina Aydarova: Mən indi 5 il əvvəlkindən daha yaxşı görünürəm. Məgər mən kişiyə oxşayıram?

Rəfiqələri Aydarovanın hobbisini bəyənməsələr də, indi o, özünü tam olaraq idmana həsr edib. Tanışları ona məşqləri dayandırmağı məsləhət görüblər, onun sonradan kişiyə oxşayacağını bildiriblər. Lakin 5 il intensiv məşqlərdən sonar Marina daha da gözəlləşib.

"Mən indi 5 il əvvəlkindən daha yaxşı görünürəm. Məgər mən kişiyə oxşayıram?", — deyə Marina sual verir.

İndi onun çəkisi 60 kq-dır. Hər gün ən çoxu 2000 kalori qəbul edir və düzgün qidalanmağa çalışır. Menecer kimi işinin çox olmasına baxmayaraq, həftədə 3 dəfə məşq edir və həmçinin məşqçilik edir.

Aydarovaya həyat yoldaşı da mənəvi dəstək verir. Lakin həyat yoldaşı sağlam qidalanmanın tərəfdarı olmadığı üçün Marina hər gün yemək hazırlayanda nəfsi ilə mübarizə aparır.

"Bir neçə dəfə proqramımı pozmuşam. Çəkim bir neçə kilo artırdı, sonra isə zalda o çəkini əritməli olurdum", — deyir Marina.

Lakin o, belə sınaqlardan şikayət etmir, əksinə həyat yoldaşına qulluq edə bildiyinə və hərdən birgə məşq etdiklərinə görə özünü xoşbəxt hiss edir.

Xəbər lenti
0